İraqdan Bağdaddakı dəhşətli teraktla bağlı etiraf
Təhlükəsizliklə bağlı müəyyən çatışmazlıqlar var. Bağdaddakı terrorun bir daha yaşanmasına izn verməyəcəyik.
Nexeber.az xəbər verir ki, bu sözləri İraq Baş naziri Mustafa Kazımi deyib.
“İnsanlarımızın, xüsusən uşaqlarımızın həyatı ucuz deyil. Vətəndaşların təhlükəsizliyini qorumaq məsuliyyətini daşıya bilməyən şəxslər vəzifələrini tərk etsinlər. Bağdaddakı terror təhlükəsizlik problemidir“, - Kazımi bildirib
Qeyd edək ki, İraqın paytaxtı Bağdadda ard-arda törədilən iki partlayış nəticəsində 21 nəfər həlak olub, 44 nəfər yaralanıb.