Türkiyə və ABŞ Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan Amerika tərəfinin xahişi ilə ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
Demedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
“Söhbət zamanı Fələstin – İsrail münaqişəsi zonasında baş verən son olaylar, eləcə də Qəzzada humanitar vəziyyət müzakirə edilib, həmçinin NATO-nun genişlənməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb”, - mənbə qeyd edib.