Paşinyan bəyan etdi: Azərbaycanın razılığını gözləyirik
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, İrəvan Bakıdan SSRİ Silahlı Qüvvələri Baş Qərargahının son xəritələri əsasında sərhədlərin delimitasiyasına başlamağa razılıq verməsini gözləyir.
Demedia.az Publika.az xəbər verir ki, Paşinyan bu barədə Avropa Parlamentində çıxışı zaman deyib.
Onun sözlərinə görə, Ermənistan ümid edir ki, Azərbaycan ölkənin 29,8 min kvadrat kilometr ərazisini açıq şəkildə tanıyacaq.
İyunun 5-də Bakı 1975-ci ilin xəritəsi əsasında Azərbaycan - Ermənistan sərhədinin delimitasiyası ilə bağlı İrəvanla razılaşmaların olmadığı barədə məlumat verib.
2022-ci ilin sentyabrında Paşinyan bəyan edib ki, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası sovet xəritələri əsasında aparılmalıdır.