“Artıq belə bir sülhün vaxtı çatıb”. - Hakan Fidan
“Hər iki tərəf - həm İsrail, həm də Fələstin üçün ədalətli olan sülhə çalışmaq lazımdır”.
Demedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin paytaxtı Qahirədə 30-dan çox dövlətin, bir sıra beynəlxalq və regional təşkilatların iştirakı ilə Fələstin-İsrail məsələsi üzrə keçirilən beynəlxalq sülh sammitində çıxışı zamanı deyib.
O bildirib ki, bunun üçün hər kəs səy göstərməlidir: “Artıq belə bir sülhün vaxtı çatıb”.