Trüdo: Kanada HƏMAS-ın saxladığı girovların azad edilməsi üçün Qətərlə işləməyə davam edəcək



 15:19 22.10.2023     272

Kanada HƏMAS-ın saxladığı girovların azad edilməsi üçün Qətərlə işləməyə davam edəcək.

Demedia.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Castin Trüdo sosial şəbəkədə yazıb.

"Dünən (oktyabrın 20-də – red.) HƏMAS tərəfindən girov götürülən iki amerikalı mülki şəxs azad edilib. Kanada bu prosesi alqışlayır və Qətərə göstərdiyi köməyə görə təşəkkür edir. HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi üçün Qətər və digər tərəfdaşlarla işləməyə davam edəcəyik”, – siyasətçi qeyd edib.