Blinken Qətərin Baş naziri ilə HƏMAS-ın girov götürdüyü şəxslərin qaytarılmasını müzakirə edib



 17:15 22.10.2023     292

ABŞ-nin dövlət katibi Entoni Blinkenlə Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani arasında telefon danışığı olub.

Demedia.az xəbər veri ki, bu barədə ABŞ-nin Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

Mətbuat katibinin sözlərinə görə, Blinken HƏMAS-ın girov saxladığı iki amerikalının azad edilməsində Qətərin mühüm köməyinə görə Baş nazirə minnətdarlığını bildirib.

“Onlar bütün girovların dərhal və təhlükəsiz qaytarılması üçün səyləri müzakirə ediblər və ABŞ ilə Qətər arasında strateji tərəfdaşlığı təsdiqləyiblər”.