Papa Baydenlə dünyadakı münaqişələri müzakirə edib
Roma Papası Fransisk ilə ABŞ prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Bu barədə Demedia.az Vatikanın mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd olunub ki, prezident və katolik kilsəsinin rəhbəri 20 dəqiqə ərzində dünyadakı münaqişəli vəziyyətləri və onların sülh yolu ilə həlli yollarını müzakirə ediblər.
Papa bundan əvvəl Qəzza zolağının əhalisini xilas etməyə çağırmışdı. O, girovların azad edilməsini və humanitar dəhlizlərin yaradılmasını təmin etməyi xahiş edib.