Rusiya Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq
Rusiya Dövlət Duması Ermənistanın sürücülük vəsiqəsinin tanınmasını qeyri-müəyyən müddətə təxirə salıb.
Demedia.az xəbər verir ki, bu barədə Dumanın mətbuat xidməti məlumat yayıb.
"Dövlət Duması Ermənistan vətəndaşlarının Rusiya Federasiyasında sahibkarlıq və əmək fəaliyyəti üçün sürücülük vəsiqələrinin tanınmasını qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib", - deyə məlumatda qeyd olnuub.