"TikTok" yeni funksiyanı işə salır:



 10:17 25.10.2023     438

Dünyanın ən populyar tətbiqləri arasında yüksəlişdə olan "TikTok" yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

Demedia.az  xarici mənbəyə istinadən xəbər verir ki, müvafiq olaraq, "TikTok"-da video yükləmə limiti artır. İllər ərzində bu müddəti 1 dəqiqədən 10 dəqiqəyə qədər artıran "TikTok", indi 15 dəqiqəyə qədər artırır.

"TikTok" aktiv şəkildə test etməyə başladığı 15 dəqiqəlik video limiti ilə diqqət çəkir. Çünki uzun videoda lider olan "YouTube" kimi platformalara meydan oxumağa hazırlaşır. Qısa videolar
"YouTube"da çox populyar olduğundan, o, "Shorts" adlı daha qısa formatlara çevrilib.

"TikTok" həmçinin reklamları sildiyi xidməti sınaqdan keçirir. Bütün videolarda reklamları sildiyi ortaya çıxan bu funksiyanın ABŞ-da 4,99 dollar qiymətinə satılacağı bildirilir.