Türkiyə üçün daha 4 müjdə gəlir



 09:59 05.06.2021     422

Bu, çox ürəkaçan xəbərdir. Enerji cəmiyyətində də bunun böyük təsiri oldu. Bu ehtiyatlar qərəzləri məhv etdi. Həqiqətən diqqət etməli olduğumuz məsələ bu kəşflərin bir-birinin ardınca necə gəlməsidir.

Nexeber.az xəbər verir ki, bunu Qlobal Energetika Dərnəyinin rəhbəri Murad Dilək deyib.

"Əvvəllər bu gəmiləri kirayə götürürdük, lakin Türkiyə bu gəmiləri aldığı üçün kəşflərimiz artmağa başladı. Gələcəkdə də neft kəşfləri barədə eşidəcəyimizi düşünürəm. İndi öz mühəndislərimizlə kəşfiyyat işləri aparırıq. Öz imkanlarımız olmasaydı, bu xidməti xarici şirkətə versəydik, bir qazma işinin dəyəri bizə 100 milyon dollara başa gələrdi. 540 milyard kubmetr təbii qaz bizim üçün böyük bir ümid olacaq. Qara dənizdə potensialı olan daha 4 quyu qazacağımızı düşünürəm. Bununla bağlı yeni müjdələr də olacaq", - Dilək söyləyib.

Qeyd edək ki, “Fateh” qazma gəmisi Sakarya qaz zonasında “Amasra-1” quyusunda 135 milyard kubmetr həcmində təbii qaz kəşf edib. Bununla ölkənin təbii qaz ehtiyatı 540 milyard kubmetrə çatıb.