Qəzzada liman atəşə tutuldu: 100-dən çox insan həlak oldu
İsrailin Hərbi Hava Qüvvələri Qəzza zolağında məskunlaşan ərazilərə silsilə hücumlar həyata keçirib.
Demedia.az-ın məlumatına görə, bu barədə WAFA xəbər agentliyi məlumat yayıb. İlkin məlumata əsasən, 100-dən çox insan həlak olub.
Şahidlər hücumların Rafahın qərbindəki Tell-əs-Sultanda törədildiyini bildiriblər.
“Al Hadath” telekanalı isə qeyd edib ki, İsrailin Hərbi Dəniz Qüvvələri yanğınların baş verdiyi Qəzza dəniz limanını yenidən atəşə tutub.