Fələstin-İsrail münaqişəsinin gərginləşdiyi gündən indiyədək 29 jurnalist həlak olub



 14:59 28.10.2023     339

Fələstin-İsrail münaqişəsinin qızışdığı gündən bu yana 29 jurnalist həlak olub.

Ən azı 29 jurnalist gərginləşən Fələstin-İsrail münaqişəsinin qurbanı olub.

Demedia.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Jurnalistlərin Müdafiə Komitəsi bildirib.

“2023-cü il oktyabrın 7-dən 27-dək hər iki tərəfdən öldürülən 8 mindən çox insanın siyahısına azı 29 jurnalist daxil edilib”, - hesabatda qeyd olunur. Təşkilat aydınlaşdırır ki, bu, Komitənin 1992-ci ildə məlumat toplamağa başlamasından bu günədək jurnalistlər üçün ən ağır dövrdür.