Sərnişin qatarı doqquz dəmiryolçunun həyatına son qoydu



 11:15 05.06.2021     344

Çinin Urumçi şəhərindən Hançjou şəhərinə doğru hərəkətdə olan sərnişin qatarı dəmir yolu xətti üzərindəki işçiləri vurub.

Nexeber.az  oxu.az-a istinadən xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Hadisə nəticəsində doqquz nəfər dəmir yolu işçisi həlak olub.

Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib, araşdırmalara başlanılıb.