Qazaxıstanda şaxtada qəza zamanı 16 nəfər ölüb
Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada metan qazının partlaması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Demedia.az-ın məlumatına görə, bu barədə "Arcelormittal Temirtau" şirkətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, daha 31 şaxtaçının axtarışları davam edir.
Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib.