ABŞ və Çin iki ölkə liderlərinin görüşünə dair razılığa gəldi
Rəsmi Vaşinqton və Pekin noyabrda Birləşmiş Ştatların Kaliforniya ştatının San-Fransisko şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində ABŞ Prezidenti Cozef Bayden və Çin Sədri Si Szinpin arasında görüş üçün prinsipial razılığa gəliblər.
Demedia.az-ın məlumatına görə, bu barədə "Associated Press" amerikalı rəsmiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, görüşün təfərrüatları, yeri və digər məsələlər hələ müzakirə edilməyib.