HƏMAS-ın bir neçə yüksək rütbəli komandiri öldürüldü
HƏMAS-ın bir neçə yüksək rütbəli komandiri öldürülüb.
Demedia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Zərərsizləşdirilən hərbçilərin arasında HAMAS-ın mərkəzi briqadasının Dəniz Qüvvələrinin komandiri Cəmil Baba, "Daraj Tuffa" batalyonunun tank əleyhinə raket bölməsinin komandiri Məhəmməd Səfadi, HƏMAS-ın tank əleyhinə raket briqadasının məşhur döyüşçülərindən biri Muvaman Hicazi və başqaları var.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.