Ebeko vulkanı 2,5 km hündürlüyə tüstü püskürdü



 13:20 05.06.2021     288

Rusiyanın Kuril silsiləsinin Paramuşire adasında yerləşən Ebeko vulkanı tüstü püskürüb.

Nexeber.az Trend-ə istinadən xəbər verir ki, tüstünün hündürlüyü 2,5 kilometrə çatır. Tüstü cənubi-qərb istiqamətində 3 kilometr məsafəyə yayılıb.

Vulkan Paramuşir adasının şimal hissəsində yerləşib. Onun hündürlüyü 1 156 metrdir. Ebeko vulkanı 2016-cı il noyabr ayının ortalarında aktivləşmişdi.