Paşinyan Əsədə kömək təklif etdi



 18:54 05.06.2021     395

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Suriya Prezidenti Bəşər Əsədə təbrik məktubu ünvanlayıb.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, ölkəsi acınacaqlı durumda olan Paşinyan təbrik məktubunda Əsəd rejiminə kömək etməyə hazır olduğunu bildirib.

Ermənistan Suriyanın üzləşdiyi humanitar problemlərin həllinə töhfə verməyə davam etdiyini qeyd edən Paşinyan Suriya ilə münasibətlərin daha da dərinləşəcəyinə və möhkəmlənəcəyinə inandığını vurğulayıb.

Qeyd edək ki, Suriyada keçirilən prezident seçkiərində Bəşər Əsəd 95,1 faiz səs toplayaraq qalib gəlib. Seçki nəticələrini dünyanın əksər ölkələri tanımayıb.