PKK sülhə təhlükə yaradır - İraq Kürd Rəhbərliyi



 09:56 06.06.2021     438

Şimali İraq əhalisinə qarşı bu əsassız hücumlar son 30 ildir davam edir. Bu, mülki əhaliyə əziyyət verir və yüzlərlə kəndin yenidən qurulmasına mane olur.

Nexeber.az xəbər verir ki, bu sözləri İraq Kürd Regional Rəhbərliyi PKK-nın Peşmərgə qüvvələrinə hücumu ilə bağlı açıqlamasında deyib.

"PKK ölkəmizin və xalqımızın dincliyi və sabitliyi üçün təhdid və təhlükələr yaratmağa davam edir.

PKK Kürdüstan bölgəsinin rəhbərliyinə və suverenliyinə hörmət etməli, bu bölgəni qonşu ölkələrə hücumlar təşkil etmək, sülhü və sabitliyi pozmaq üçün baza olaraq istifadə etməməlidir", - açıqlamada vurğulanıb.(axar.az)