Hizbullah vaxt verdi: İsrailə müharibə elan edəcək
Hizbullah ABŞ-ı ÇAXAL-ın noyabrın 3-dək Qəzza zolağında hərbi əməliyyatları dayandırmayacağı təqdirdə İsrailə qarşı yeni cəbhə açacağı ilə hədələyib.
Demedia.az xəbər verir ki, bu barədə Küveytin “Əl Cəridə” qəzeti iranlı diplomatik mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, Hizbullah lideri Həsən Nəsrullah bu gün çıxış edərək, atəşkəsə əməl olunmasa, ümumi çağırış elan edəcəyini və İsrailə qarşı hərbi əməliyyata başlayacağını bildirib.