Məktəb psixoloqlarının maaşı artırıla bilər



 17:00 03.11.2023     356

"Müəllimlərin əməkhaqqı məsələsi xüsusi sxemlə, məktəb psixoloqlarının əməkhaqqısı isə vahid tarif cədvəli əsasında ödənilir. Ona görə də fərq olur".

Demedia.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, növbəti dövrdə fərqin aradan qaldırılması təmin ediləcək.

İ.İsayev qeyd edib ki, təhsil müəssisələrində psixoloq ştatı normalara uyğun həyata keçirilir: “Belə ki, qəbul edilmiş normalara görə, şagird sayı 1000 nəfər olan məktəblərdə psixoloq ştat vahidi 1, 1000-3000 şagird sayında 2, 3000-dən yuxarı şagird sayı olan məktəblərdə isə bu vahid 3 təyin edilib. Hazırda məktəblərdə psixoloq sayı da həmin vahidlərə uyğun təşkil edilib”.