Hindistanda 3000 həkim istefa verdi



 11:53 06.06.2021     405

Hindistanda ağır şərtlər altında çalışan 3000 həkim istefa edib.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu haqda Hindistanın NDTV kanalı xəbər verib.

Məlumata görə, əvvəlcə həkimlər maaşlarının artırılması, özləri və ailələri üçün ödənişsiz koronavirus müalicəsi tələbilə tətil ediblər. Madya Pradeş ştatının Ali Məhkəməsi isə həkimlərin 4 günlük tətilini qanunsuz adlandıraraq vəzifələrinə qayıtmalarını əmr edib. Buna görə də həkimlər vəzifəsindən istefa edib.

Hökumət maaşlarda 17% artım elan etsə də, həkimlər vəd edilən 24% artım olmayana qədər işlərinə qayıtmayacaqlarını bildiriblər.