Türkiyə Prezidenti CHP-də lider dəyişikliyinə münasibət bildirib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasında (CHP) lider dəyişikliyinə münasibət bildirib.
Bu barədə "Demedia.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Onun sözlərinə görə, CHP-yə yeni lider seçilməsi heç nəyi dəyişməyəcək. Ərdoğan bildirib ki, Türkiyə müxalifəti terrorçuları dəstəkləyir:
“Dünən ana müxalifət partiyasının qurultayı keçirilib. Hörmətli Kamal (Kılıçdaroğlu) kiminlə vidalaşdı? O, Ədirnədə terrorçuların liderinə “sağol” deyib. Onların bir-birindən heç bir fərqi yoxdur. Onlar terror təşkilatları ilə çiyin-çiyinə gedirdilər”.