ABŞ-nin İraqdakı hərbi bazalarına hücum olub
ABŞ-nin İraqdakı hərbi bazalarına hücum olub.
Demedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, ABŞ-nin ölkənin şərqindəki Ayn əl-Əsəd və Suriya-İraq-İordaniya sərhədindəki Əl-Tənf hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub.
Hər iki PUA havada vurulub.
Qeyd olunub ki, hücum ABŞ-nin dövlət katibi Antoni Blinkenin İraqa səfərindən sonra baş verib.