Çinə bunu etməyə icazə verməyəcəyik - Bayden



 12:40 06.06.2021     434

Çin dünya ticarəti və texnologiyası qaydalarının yenidən hazırlanmasında iştirak etməməlidir.

Nexeber.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

“ABŞ və Avropanın qlobal çağırışlarda necə yaxın işləyə biləcəyilə bağlı Brüsseldə Avropa Komissiyası və Avropa Şurasının prezidentləri ilə görüşəcəyəm. Ticarət və texnologiya ilə bağlı XXI əsr qaydalarını Çin və ya başqaları deyil, bazar demokratiyalarının yazmasını təmin etməyə diqqət edəcəyik”, - Bayden bildirib.