Gürcüstanda koronavirusdan ölənlərin sayı 4 910 nəfərə çatıb
Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 504 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.
Nexeber.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 349 098, ölənlərin sayı isə 4 910 nəfərə çatıb. Virusa yoluxanlardan 333 505 nəfərin sağaldığı bildirilir.