Ermənistan Hindistandan pilotsuz uçuş aparatları alacaq



 20:00 08.11.2023     330

Hindistan mənbələri Yerevan və Yeni Dehli arasında yeni hərbi-texniki müqavilənin bağlandığını bildiriblər.
Demedia.az  xəbər verir ki,  bu barədə EurAsian Times öz mənbələrinə istinadən məlumat yayıb. 
Nəşrin məlumatına görə, Ermənistan Hindistanda hazırlanmış “Zen” pilotsuz uçuş aparatlarından müdafiə sisteminin alınması üçün müqavilə imzalayıb. Hindistan Silahlı Qüvvələrinin özləri 2021-ci ildə bu sistemlərlə silahlanmağa başlayıblar.

Qeyd olunur ki, erməni tərəfi “Zen Technologies” şirkəti ilə 41,5 milyon dollar məbləğində müqavilə bağlayıb ki, bu da həm sistemlərin özünün tədarükü, həm də kadrların hazırlanması daxildir.

Zen Technologies-in dron əleyhinə müdafiə sistemi dronların aşkarlanması, təsnifatı və izlənilməsi, passiv müşahidə, kamera sensorları və dron rabitəsini pozaraq təhlükənin zərərsizləşdirilməsi üzərində işləyir.
Qeyd edək ki, son bir-iki il ərzində Hindistan mənbələri İrəvanla Yeni Dehli arasında iri hərbi-texniki sövdələşmələr barədə bir neçə dəfə yazıblar. Xüsusilə Ermənistan çoxsaylı reaktiv yaylım atəşi sistemləri, müxtəlif artilleriya qurğuları və zenit-raket kompleksləri alıb.
Erməni tərəfi müdafiə sazişləri ilə bağlı nəşrləri rəsmən təsdiqləməyib.