Paşinyan Makronla müzakirə etdiyi məsələləri açıqlayıb



 19:26 10.11.2023     286

“Biz Cənubi Qafqazdakı vəziyyətlə bağlı şəraiti müzakirə etdik”.

Demedia.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “X” səhifəsində Fransaya səfəri zamanı Prezident Emmanuel Makronla müzakirə etdikləri məsələdən yazarkən vurğulayıb.

O qeyd edib ki, səfər zamanı Ermənistanla Fransa arasında ikitərəfli münasibətlərin güclənməsini, Avropa İttifaqı ilə əməkdaşlığa dair məsələləri də müzakirə ediblər.

Qeyd edək ki, Nikol Paşinyan noyabrın 9-da Emmanuel Makronla görüşüb, noyabrın 10-da isə VI Paris Sülh Konfransına qatılıb.