Aİ HƏMAS-a qarşı sanksiyalar tətbiq etməyi düşünür
Avropa İttifaqı (Aİ) oktyabrın 7-də İsrailə hücuma görə HƏMAS hərəkatının nümayəndələrinə qarşı sanksiyalar tətbiq etməyi düşünür.
Demedia.az xəbər verir ki, TASS bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.
“Biz HƏMAS-a qarşı əlavə tədbirlərə açığıq. Bu, şəxslərin qara siyahıya salınması ola bilər”., - o bildirib.