Zaxarova: “İrəvan sırf siyasi səbəblərə görə Roma statutunu ratifikasiya edib”



 09:07 16.11.2023     285

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma statutunu yalnız siyasi motivlərə əsaslanaraq ratifikasiya edib.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Nyus.ru" portalının jurnalistinin sualına cavab olaraq bildirib.

“Bütün xəbərdarlıqlara baxmayaraq, xüsusən də BCM vasitəsilə və ya BCM-dən istifadə etməklə Qərb tərəfindən ölkəmizin rəhbərliyinə və rəsmilərə qarşı həyata keçirilən bu anti-Rusiya siyasəti fonunda İrəvan sırf siyasi səbəblərdən ratifikasiya etmək (Roma statutunu – red.) qərarına gəldi”, - o deyib.

M.Zaxarova qeyd edib ki, ikitərəfli məsləhətləşmələr zamanı Rusiya tərəfi Roma statunu ratifikasiya etmədən BCM mexanizmlərindən istifadə yolunu tutmaq təkliflərini irəli sürüb, belə təcrübə də mövcuddur. “Təəssüf ki, təklif etdiyimiz kompromis həll yollarına məhəl qoyulmadı”, - diplomat bildirib.

XİN rəsmisi əlavə edib ki, İrəvan öz əlləri ilə yaratdığı problemlərin həllində maraqlıdırsa, o zaman Rusiya tərəfinin fikrincə, bunun üçün Ermənistan hüquq sistemi çərçivəsində imkanlar var.