Çavuşoğlu fransalı həmkarı ilə görüşdü
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Parisdə fransalı həmkarı Jan İv Lö Drianla görüşüb.
Nexeber.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu Tvitter hesabında yazıb.
“Jan İv Lö Drian ilə bütün sahələrdə Türkiyə-Fransa arasındakı ikitərəfli münasibətləri, regional və beynəlxalq məsələləri müzakirə etdik. Qarşılıqlı hörmət əsasında Fransa ilə əlaqələrimizi gücləndirməyi hədəfləyirik”, - Çavuşoğlu bildirib.