ABŞ-da xəstəxanada atışma olub, ölənlər var



 18:00 18.11.2023     423

ABŞ-ın Nyu-Qempşir ştatının Konkord şəhərində xəstəxanada atışma baş verib.

Demedia.az xəbər verir ki, bu barədə ştat polisi bildirib.

"Polis Konkorddakı Nyu-Hempşir xəstəxanasında baş verən atışma hadisəsini araşdırır", - polisin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunur.

Hadisə nəticəsində çoxsaylı insan tələfatının olduğu qeyd edilir. Məlumata görə, ölənlər arasında silahlı insidenti törətməkdə şübhəli bilinən cinayətkar da var.