ABŞ Qəzzada girovların azad edilməsi ilə bağlı razılığın əldə olunmadığını bildirib
ABŞ, İsrail və Fələstinin radikal HƏMAS hərəkatı döyüşlərdə beş günlük fasilə və girovların azad edilməsi ilə bağlı hələlik razılığa gələ bilməyib.
Demedia.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) sözçüsü Eydrienn Uotson özünün “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, sənəd üzərində iş davam edir: “Biz hələ razılığa gəlməmişik, lakin razılığa gəlmək üçün çox çalışırıq ”, - paylaşımda deyilir.