Maldiv Hindistandan qoşunlarını ölkədən çıxarmağı tələb edib



 21:16 19.11.2023     280

Maldiv Respublikası Hindistandan öz qoşunlarını ölkədən çıxarmağı tələb edib.

Demedia.az xəbər verir ki, bu barədə ölkə prezidenti Mohamed Muizzunun ofisi məlumat yayıb.

Muizzu oktyabrda keçirilən prezident seçkilərində qalib gəlib və noyabrın 17-də and içib. Onun seçki vədlərindən biri Hindistan ordusunun ada respublikasından çıxarılması idi. O, andiçmə mərasimindən dərhal sonra bununla bağlı rəsmi müraciət edəcəyini bildirib. Müxtəlif mənbələrə görə, Maldiv adalarında 40-70 hind əsgəri var.

Qeyd olunub ki, tələb bu gün Maldiv prezidenti Mohamed Muizzunun Hindistanın yer elmləri naziri Kiren Ridjidju ilə görüşü zamanı səslənib.

Hindistan və Maldiv adaları 1988-ci ildən bəri müdafiə sahəsində fəal əməkdaşlıq edir. Belə ki, o zaman Hindistan ordusu Maldiv prezidenti Momun Abdul Qayumanın xahişi ilə “Tamil İlama” Azadlıq Pələngləri”nin çevriliş cəhdinin qarşısını almışdı.