Türkiyə Prezidenti seçkidə “50+1” sisteminin ləğvini müdafiə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlmək üçün namizədin 50% səs + bir səs (qısaldılmış “50+1” sistemi kimi) toplaması tələbindən imtina etməyi müdafiə edib.
Bu barədə Demedia.az ürkiyə mətbuatına istinadən xəbər verir.
“Səs çoxluğunu qazanan namizədin seçilməsi proseduru qəbul olunarsa, prezident seçkiləri daha sürətli, daha az əmək tələbatlı olacaq və yanlış yollara aparmayacaq”-deyə, o bildirib.
Onun sözlərinə görə, Türkiyənin yeni konstitusiyası yaradılmalıdır: “Biz bir neçə dəfə parlamentdə yeni konstitusiya üzərində işə başlamışıq, lakin müxalifətin maneələri və verdiyi vədləri yerinə yetirmədiyi üçün o, həmişə yarımçıq qalıb”.