Hökumətin iclası zamanı elektrik enerjisinin kəsilməsi Paşinyanı özündən çıxarıb



 15:22 23.11.2023     336

Noyabrın 23-də Ermənistan Nazirlər Kabinetinin iclası zamanı elektrik enerjisi bir neçə saniyəlik kəsilib və bu, baş nazir Nikol Paşinyanı özündən çıxarıb.

Demedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

N.Paşinyan elektrik enerjisinin verilişi bərpa edildikdən sonra Ermənistanın ərazi administrasiyası naziri Qnel Sanosyana bildirib:

"Mən sizə elə bundan danışırdım”.

Ermənistanın baş naziri qeyd edib ki, ölkədə elektrik enerjisi keyfiyyətsizdir: “Biz daim elektrik enerjisinin keyfiyyətinin yaxşılaşdırılmasından danışırıq. Amma bu məsələ həllini tapmır. Məgər 10 il ərzində eyni məsələ ilə bağlı tapşırıq vermək olarmı?”