Pakistan ABŞ-a baza verməkdən imtina etdi



 18:06 08.06.2021     291

Pakistan ABŞ-a öz ərazisində Əfqanıstandan qoşunların çıxarılması üçün hərbi baza verməyəcək.

Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bunu Pakistan xarici işlər Şah Mahmud Qüreyşi deyib.

O, Pakistanın öz maraqlarını nəzərə alması gərəkdiyini bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ xüsusi xidmət orqanlarına Əfqanıstandakı fəaliyyətləri izləmək üçün Pakistanda dayaq bazası veriləcəyinə dair məlumat yayılmışdı.