İsrail HƏMAS-ın Qəzzada 215-ə yaxın girov saxladığını bildirir
Fələstinin radikal HƏMAS hərəkatının nümayəndələri hələ də Qəzza zolağında 215-ə yaxın girovu saxlayır.
Demedia.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Doron Şpilman brifinqdə deyib.
“Sizinlə danışdığımız müddətdə Qəzzada təxminən 215 girov qalır”, – o bildirib.
“Bir çox hallarda onların ölü və ya diri olduğunu bilmirik. Kəşfiyyat məlumatları əldə etməyə çalışırıq, lakin bilirik ki, onların çoxu ölmüş ola bilər. Sağ olanların hər an öldürülə biləcəyini söyləmək lazımdır”, – ordu sözçüsü əlavə edib.