Rusiya Ukraynaya rekord sayda PUA-larla hücum etdi



 15:00 25.11.2023     226

Rusiya noyabrın 24-dən 25-nə keçən gecə Ukraynaya rekord sayda Shahed-131/136 hücum PUA-larını işə salıb.

Demedia.az  xəbər verir ki, Hərbi Hava Qüvvələri Ukraynaya doğru neçə PUA-nın buraxıldığını hələ dəqiqləşdirməyib. Bununla belə, onlar qeyd ediblər ki, hücumun əsas hədəfi Kiyev olub.

Daha əvvəl Ukraynaya irimiqyaslı pilotsuz təyyarə hücumunun həyata keçirildiyi bildirilirdi. Bundan başqa, Dnepropetrovsk vilayətində gecə saatlarında 1 raket və 5 PUA vurulub.