Rusiya sanksiyalar səbəbindən 76 təyyarəsindən məhrum oldu



 20:25 25.11.2023     418

Rusiya Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən 76 sərnişin təyyarəsindən məhrum olub.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya nəqliyyat nazirinin müavini Vitali Savelyev bildirib.

"Təyyarələri götürmək istəyəndə gözlənilmədən təəccübləndik”, - nazir müavini qeyd edib.

V.Savelyev xatırladıb ki, Rusiyada hazırda 1167 sərnişin təyyarəsi istismar olunur.