HƏMAS-ın partlayıcı maddə hazırlayan mobil laboratoriyası məhv edildi
İsrail Müdafiə Qüvvələri Cenin qaçqın düşərgəsindəki HƏMAS-ın partlayıcı maddə hazırlayan mobil laboratoriyasını məhv edib.
Demedia.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun teleqram kanalında məlumat verilib.
Terrorçuluqda şübhəli bilinən 5 nəfərin öldürüldüyü, oxşar ittihamlarla axtarışda olan 21 nəfərin həbs edildiyi bildirilib.
Ümumilikdə İordaniyanın Qərb Sahilində İsrail Müdafiə Qüvvələri və İsrail Baş Təhlükəsizlik Xidmətinin növbəti əməliyyatı zamanı 29 nəfər həbs edilib.