İsrail-HƏMAS razılaşması ilə bağlı müzakirə...



 20:48 26.11.2023     310

ABŞ Prezidenti Cozef Bayden və Qətər əmiri Şeyx Təmim bin Həməd Əl Tani İsrail-HƏMAS razılaşması ilə bağlı problemləri müzakirə ediblər.

Bu barədə Ağ Evin mətbuat xidməti açıqlama yayıb.

"Liderlər sazişin həyata keçirilməsində çətinlikləri və bu çətinliklərin qısa zamanda aradan qaldırılması mexanizmlərini müzakirə ediblər", - Ağ Ev bildirib.

Tərəflər arasında ünsiyyətdə Qətər əmirindən başqa ərəb dövlətinin Baş naziri Məhəmməd bin Abdel Rəhman Əl-Tani də iştirak edib. Tərəflər Qəzza zolağı ilə İsrail arasında humanitar fasilə və girovların mübadiləsi problemlərini müzakirə ediblər.