İranda 4,5 maqnitudada zəlzələ qeydə alındı
İranın cənubunda 4,5 maqnitudada zəlzələ qeydə alınıb.
Demedia.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 352 min insanın yaşadığı İranın Bəndər-Abbas şəhərindən 54 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.