Yaponiya və Vyetnam təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər
Yaponiyanın Baş naziri Fumio Kisida və Vyetnam Sosialist Respublikasının Prezidenti Vo Van Txıonq iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər.
Demedia.az xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.
Qeyd edilib ki, söhbət Çinin bölgədəki hərbi fəaliyyətinin artması kontekstində dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıqdan gedir.
Yaponiyanın Baş naziri və Vyetnam Prezidenti Yaponiyanın “Təhlükəsizliyə rəsmi yardım” proqramının həyata keçirilməsi ilə bağlı müzakirələrə başlamaq barədə razılığa gəliblər.