Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu Türkiyədə 15 ölkənin iştirakı ilə keçirilən "Nüsret-2023" beynəlxalq təlimində iştirak edir.
Demedia.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, Azərbaycan hərbi dənizçiləri manevrdə qərargah fəaliyyətlərini yerinə yetirəcəklər.