Ukraynada iki yeni elektromobil təqdim edilib



 10:43 10.06.2021     394

Kiyevdə keçirilən “ComAutoTrans” sərgisi çərçivəsində iki kompakt elektromobil modeli – “Konyk” və “Volyk” təqdim olunub.

Onlardan biri sərnişin, digəri isə yük daşıma üçün nəzərdə tutulub. Hər iki modelin maksimal sürəti 60 km/saatdır.

“Avtosentr” resursunun məlumatın görə, sərnişinlər üçün hazırlanmış “Konyk”ın uzunluğu 2288 mm, eni 1143 mm, hündürlüyü 1557 mm, yükgötürmə qabiliyyəti isə 250 kq-dır.

Elektromobil batareya tipindən asılı olaraq birdəfəlik enerji yığımı ilə 100-350 km məsafə qət edə bilir. Onun qiyməti 224 min qrivendir (təqribən 14 min manat).

“Volyk” yük elektromobili isə 1.5 ton çəkidə olan yüklərin daşınması üçün nəzərdə tutulub. Onun ölçüləri 3235x1380x1528, gediş məsafəsi isə 500 km-dəkdir.