İndoneziyada vulkan püskürdü: 11 nəfər həyatını itirdi



 09:07 04.12.2023     378

İndoneziyanın Sumatra adasında vulkanın püskürməsi nəticəsində azı 11 nəfər həyatını itirib.

Demedia.az xəbər verir, 3 nəfər sağ tapılsa da, 12 nəfərin axtarışları aparılır.

Dekabrın 3-də Sumatrada Marapi vulkanı püskürüb. İlkin məlumatlara görə, vulkanın külü 15 min metrdən çox hündürlüyə qalxıb.