Güclü ZƏLZƏLƏ oldu
Pakistanın Bəlucistan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib.
Demedia.az xəbər verir ki, bu barədə Pakistan Milli Seysmik Nəzarət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Bəlucistan əyalətindən 160 kilometr cənub-qərbdə baş verən zəlzələ yerin 60 kilometr dərinliyində qeydə alınıb.
Yerli vaxtla saat 17.19-da baş verən 5,5 bal gücündə zəlzələdə can itkisinin olub-olmadığı barədə açıqlama verilməyib.