Dünyanın ilk IV nəsil AES-i istifadəyə verildi
Çin dünyanın ilk 4-cü nəsil atom elektrik stansiyasını (AES) işə salıb.
Demedia.az-ın məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Dövlət Energetika İdarəsi məlumat yayıb.
Məlumata görə, yüksək temperaturlu qazla soyudulan reaktora malik “Şidaovan” şərqi Şandun əyalətində yerləşir. AES 168 saat fasiləsiz sınaq rejimində işləyib və rəsmi olaraq kommersiya istismarına verilib.
"Bu, Çinin dördüncü nəsil nüvə enerjisi texnologiyalarının tədqiqi, inkişafı və tətbiqi sahəsində dünyanın aparıcı səviyyəsinə çatdığını göstərir", - idarənin saytında dərc olunan açıqlamada vurğulanır.
Qeyd edilir ki, AES-in ən mühüm üstünlüyü onun elektrik enerjisi istehsalı sahəsində təhlükəsizliyidir və buna görə də belə stansiyanın geniş perspektivləri var.