Ərdoğanın Yunanıstan səfəri...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri çərçivəsində iki ölkə arasında 20 müqavilənin imzalanması planlaşdırılır.
Demedia.az bu barədə Yunanıstan mətbuatına istinadən xəbər verir.
Məlumata görə, Türkiyə liderinin səfər proqramına yunanıstanlı həmkarı Katerina Sakellaropulu və Baş nazir Kiriakos Mitsotakislə görüşlər daxildir.
Sonra iki ölkənin Əməkdaşlıq Şurasının plenar iclası olacaq.